RU

MDB Oyunlarının açılışında Qarabağ müharibəsi ilə bağlı səhnə: "DƏMİR YUMRUQ" nümayiş etdirildi... - VİDEO

Bu gün Gəncədə III MDB Oyunlarının açılış mərasimi keçirilib.

Tədbir çərçivəsində Qarabağ müharibəsinə həsr olunmuş “Dəmir yumruq” adlı səhnə kompozisiyası təqdim olunub.

Səhnədə qara qüvvələrin Azərbaycanın müxtəlif bölgələrini işğal etməsi simvolik olaraq əks olunub. Arenada yer alan xarıbülbül çiçəyi düşmən tərəfindən tapdanır, bununla da xalqımızın üzləşdiyi ağrı-acı və işğal illərinin iztirabları təsvir edilir. Ardınca isə 44 günlük Vətən müharibəsində göstərilən rəşadət, qəhrəmanlıq və mübarizə canlandırılır. “Dəmir yumruq” rəmzinin səhnədə təqdim olunması isə düşmənin məhv edilməsini və tapdaq altında qalmış torpaqlarımızın azadlığının bərpa etməsini özündə əks edirib.

Kompozisiya özündə müasir Azərbaycan tarixinin şanlı zəfərini, xalqımızın iradəsini və birliyini təcəssüm etdirir.

Daha ətraflı keçiddə: 

Избранный
17
7
musavat.com

9Источники