RU

Vens: "Rusiya Ukrayna ilə danışıqlardan imtina edib"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Rusiya Ukrayna ilə ikitərəfli danışıqlardan, hətta ABŞ Prezidenti Donald Trampın da iştirak etdiyi üçtərəfli danışıqlardan da imtina edib. Lakin Rusiya ayılmalı və reallığı etiraf etməlidir".
Oxu.Az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens "Fox News"a müsahibəsində deyib.
O hesab edir ki, yerdə vəziyyət dəyişib. Konkret olaraq rusiyalılar çoxlu insanı öldürürlər, amma özləri də böyük itki verirlər.
Vens Tramp administrasiyasının sülhə sadiq qaldığını ifadə edərək, bunun üçün hər iki tərəfdən addım atması lazım olduğunu əlavə edib.
Избранный
58
6
oxu.az

10Источники