RU

Valdas Dambrauskas: “Meydançada bir adamın şousu var idi”

Misli Premyer Liqasının VI turunun "Sabah" - "Sumqayıt" matçından (1:1) sonra meydan sahiblərinin baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb:

"Bu oyun barəsində nə deyə bilərəm? Bu görüşlə bağlı yalnız bir adam haqda danışa bilərik. Bu gün meydançada bir adamın şousu var idi. Diqqətlə baxmısızsa, oyundan sonra müsahibələrimdə heç vaxt hakimlər haqda danışmamışam. Peşəkar karyeramda 400-dən çox oyunum var. Balkan ölkələrində, Yunanıstanda işləmişəm. Yunanıstanda kiçik klublar yuxarı pillələrdə yerləşən top komandalarla mübarizə apardığı zaman 3-4 saat hakimlik haqda danışa bilərsiz. Kiprdə məşqçilik etmişəm, amma bu qədər hörmətsizlik heç yerdə görməmişəm. Bunu şərh və izah etmək çox çətindir. Əgər liqanızın inkişaf etməsini istəyirsizsə... Bu liqada inventisiya qoyan, əlindən gələn hər şeyi edən rəhbərliklər var, onlar bunları gördükdən sonra deyirlər ki, nəyə görə yatırım edim? Bu gün hakimin məqsədi, niyyəti nə idi, deyə bilmərəm. Amma bu gün bir adam var idi və hər şeyi bərbad etdi.

VAR nəyə lazımdır? Ləğv edilmiş 2-ci qolumuzda oyunçumuz topa oynayır. Rəqibin hücumçusu isə futbolçumuza təmas edir. Orada cərimə zərbəsindən söhbət gedə bilməz. Əgər hakimlər belə səhvlər edəcəklərsə, artıq hakimliyi buraxmaq lazımdır. Belə etmək olmaz. Ancaq qarşıdakı həftə yenə işləyəcəklər. Onlar yenə də maaşlarını alacaqlar".

Xaliq Mərdanov: “İstədik ki, dönüş edək”

“Turan Tovuz” 3 xalı 3 qolla qazandı - YENİLƏNİB

III MDB Oyunları: Azərbaycan çövkən üzrə millisi yarışa inamlı qələbə ilə başladı

III MDB Oyunlarının Media mərkəzi fəaliyyətə başlayıb - FOTO

Hakimlərimiz UEFA-nın proqramında iştirak ediblər - FOTO

Избранный
17
9
apasport.az

10Источники