RU

III MDB Oyunları: Azərbaycan medal sıralamasında 4-cü pillədə qərarlaşıb

Hazırda idmançılarımızın aktivində 3 bürünc, 1 gümüş medal var...

"Report" xəbər verir ki, Süleyman İsmayılzadə (1500 metr məsafəyə sərbəst üsulla üzmə) gümüş, Mehri Əbdürəhmanlı (100 metr məsafəyə kəpənək üsulu ilə üzmə), Yeqor Maynitiskiy (200 metr məsafəyə fərdi qarışıq) və Cavid Həsənov/Cəmilə Paşayeva cütü (dairəvi stend qarışıq) bürünc medal qazanıb.

Siyahıya Rusiya (9 qızıl, 2 gümüş, 2 bürünc) başçılıq edir. Belarus (1 qızıl, 4 gümüş, 3 bürünc) ikinci, Qazaxıstan (3 gümüş, 2 bürünc) üçüncüdür.

İndiyə qədər 4 ölkə təmsilçiləri medal qazanıblar.

Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.

Poliqon.info

Избранный
17
13
poliqon.info

10Источники