İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında döyüşlər başa çatdıqdan sonra HƏMAS hərəkatının radikallarına amnistiya verilə biləcəyini istisna etməyib.
Axar.az xəbər verir ki, “Foks Nyus”a müsahibəsində bu barədə suala cavab olaraq, o, məsələnin müzakirə edildiyini vurğulayıb.
"Düşünürəm ki, təfərrüatların hələ işlənməsinə ehtiyac var. Amma əvvəlki açıqlamalarda mən demişdim ki, məsələn, HƏMAS liderləri ölkədən çıxarılsa, müharibəni dayandırıb bütün girovları azad etsələr, biz onları azad edəcəyik", - o qeyd edib.
Netanyahunun sözlərinə görə, hazırda bu məsələ müzakirə olunur.