Artıq iki gündü ölkəmizdə 3-cü MDB Oyunları keçirilir. Azərbaycan idmançıları indiyə qədər 1 gümüş, 3 bürünc medal qazanıb. Bu nəticə ilə komanda hesabında 4-cü yerdəyik. İlk üç pillədə isə Rusiya (9-2-2), Belarus (1-4-3) və Qazaxıstan (0-3-2) qərarlaşıb.
Süleyman İsmayılzadə (1500 metr məsafəyə sərbəst üsulla üzmə) gümüş, Mehri Əbdürəhmanlı (100 metr məsafəyə kəpənək üsulu ilə üzmə), Yeqor Maynitiski (200 metr məsafəyə fərdi qarışıq) və Cavid Həsənov/Cəmilə Paşayeva cütü (dairəvi stend qarışıq) bürünc medal qazanıb.
3-cü MDB Oyunlarında 13 ölkədən olan idmançılar çıxış edir. İndiyə qədər 4 ölkənin təmsilçiləri medal qazanıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта