RU

“Milan” doğma meydanda “Napoli”yə qalib gəldi

İtaliya A Seriyasının 5-ci turunda “Milan” və “Napoli” komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, matç Milanın “San-Siro” stadionunda keçirilib və meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Hesabı oyunun 3-cü dəqiqəsində “Milan”ın hücumçusu Aleksis Salemaekers açıb. 31-ci dəqiqədə Kristian Pulişiç fərqi artırıb. İkinci hissədə meydan sahiblərinin müdafiəçisi Pervis Estupinyan penaltiyə səbəb olan qayda pozuntusuna görə qırmızı vərəqə alıb. Nəticədə, “Napoli”nin yarımmüdafiəçisi Kevin De Brüyne 60-cı dəqiqədə 11 metrlik zərbəni dəqiq yerinə yetirib.

Beş turun nəticəsinə əsasən, Antonio Konte rəhbərliyi altında “Napoli” 12 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Masimiliano Alleqrinin çalışdırdığı “Milan” isə eyni xalla A Seriyasının lideridir.

Избранный
30
90deqiqe.az

1Источники