RU

Bu, xristianlara məqsədyönlü hücumdur - Tramp

Görünür ki, bu, ABŞ-də xristianlara qarşı daha bir məqsədyönlü hücumdur.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində Miçiqan ştatında kilsədə baş verən hücumla bağlı yazıb.

O bildirib ki, dərhal hadisə yerinə gələn FTB araşdırmalara başlayıb:

“Şübhəli şəxs ölüb, lakin müəyyənləşdiriləsi çox şey var. Tramp administrasiyası həmişə etdiyi kimi ictimaiyyəti məlumatlandıracaq. Ölkəmizdəki bu zorakılıq epidemiyası dərhal dayandırılmalıdır”.

Qeyd edək ki, Miçiqan ştatının Qrand-Blenk şəhərində yerləşən kilsədə atışma nəticəsində bir nəfər ölüb, 9 nəfər yaralanıb. Hadisəni törədən şəxs kilsəni də yandırıb.
Избранный
31
2
sherg.az

3Источники