RU

Zelenski Rusiyanın yeni taktikalarından danışdı

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya bu il Ukraynanı işıqsız qoymağa çalışır.

Publika.az xəbər verir ki, o, bu barədə "Telegram" kanalında axşam videomüraciətində danışıb.

Ukrayna lideri Rusiyanın yeni taktikalarını təsvir edib və indi əsas hədəfin Ukraynanın elektrik sistemi olduğunu bildirib.

Xatırladaq ki, sentyabrın 28-nə keçən gecə Rusiya qüvvələri Ukraynaya irimiqyaslı zərbələr endirib. Hücumlardan sonra Kiyevin bəzi yerləri işıqsız qalıb. Zelenski bəyan edib ki, Rusiya Silahlı Qüvvələrinin hücumu 12 saatdan çox davam edib və cavab zərbələri ilə susdurulub.

Избранный
19
17
publika.az

10Источники