RU

KİV: İsrail hərbçiləri Qəzzada xəstəxananı mühasirəyə alıblar

BAKI, 29 sentyabr. TELEQRAF

90 nəfər fələstinli Qəzza şəhərindəki xəstəxana binasında blokadaya düşüb.

Teleqraf xəbər verir ki, bu barədə WAFA informasiya agentliyi məlumat yayıb.

İsrail hərbçiləri “Hilla” xəstəxanasına bir neçə artilleriya mərmisi atıblar. Tibbi müəssisəsinin ərazisində blokadaya düşənlər arasında onkoloji xəstələrin və vaxtından əvvəl doğulmuş azı 12 körpənin olduğu bildirilir.

“Al Jazeera” telekanalı xəstəxana binasının giriş və çıxışı bağlayan İsrail tankları və ağır texnikası ilə mühasirəyə alındığını məlumat verib.

Избранный
27
teleqraf.com

1Источники