RU

İsmayıllıda 4 nəfəri bıçaqlayan şəxs SAXLANILDI

Ajans.az APA-ya istinadən xəbər verir ki, sentyabrın 28-də saat 23 radələrində İsmayıllı rayonunun Talıstan kəndi ərazisində şəxsi münasibətlər zəminində insident olub. Hadisə nəticəsində rayon sakinləri; 2005-ci il təvəllüdlü, 2008-ci il təvəllüdlü, 2007-ci il təvəllüdlü və 1976-cı il təvəllüdlü şəxslərə müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirilib. Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli, 2002-ci il təvəllüdlü Elşən Babayev müəyyən edilərək tutulub.

Faktla bağlı araşdırmalar aparılır.

Избранный
11
5
Ajans.az

10Источники