RU

Danimarka Borxolm adası üzərindəki dronlara görə qırıcıları havaya qaldırıb

Polis: Ada üzərində çoxsaylı dronlar müşahidə edilib...

Poliqon xəbər verir ki, Danimarka Silahlı Qüvvələrinin qırıcısıları Baltik dənizində yerləşən Borxolm adası üzərində uçuş həyata keçirib. Bu qərar yerli polisə daxil olan çoxsaylı pilotsuz uçuş aparatı (PUA) barədə məlumatlardan sonra qəbul edilib.

Danimarka mediasının məlumatına görə, qırıcılar əvvəlcə adanın bir istiqamətində, daha sonra isə əks tərəfə geri dönərək uçuş edib. Borxolm polis idarəsi TV2 telekanalına açıqlamasında bazar günü axşam saatlarında adada dronların görüldüyünə dair çoxsaylı şikayətlər aldıqlarını təsdiqləyib.

Silahlı Qüvvələr insidentlə bağlı şərh verməkdən imtina edib. Hadisə Danimarkada artan gərginlik fonunda baş verib. Belə ki, rəsmi Kopenhagen avqustun sonunda ölkənin bir neçə hava limanında qeydə alınan naməlum PUA uçuşlarını “hibrid hücum” adlandırmışdı.

Qeyd edək ki, Danimarka hakimiyyəti bu gün – 29 sentyabrdan etibarən ölkə ərazisində vətəndaşların dron istifadəsini qadağan edib. Qadağa oktyabrın 3-dək qüvvədə olacaq və Kopenhagendə keçiriləcək Avropa İttifaqı liderlərinin sammiti ilə əlaqələndirilir.

Poliqon.info

Избранный
14
poliqon.info

1Источники