RU

Pezeşkianın Azərbaycan dilində çıxışı mollaları qəzəbləndirdi - universitetdə gərgin mübahisə... +VİDEO


Sosial şəbəkələrdə İran prezidenti Məsud Pezeşkiyanın universitetdə keçirilən konfransda iştirak etdiyi əks olunan görüntülər yayılıb.

Pezeşkianın çıxışı zamanı Azərbaycan dilindən istifadə etməsi salonda olan mollaların sərt reaksiyasına səbəb olub. Görüntülərdə Pezeşkianın qısa müddət ərzində onun çıxışını kəsməyə və ya müdaxilə etməyə cəhd edən şəxslərlə gərginlik yaşadığı aydın görünür. Kadrlarda prezidentlə mübahisə edən mollaların da Azərbaycan türkcəsində danışmağa başladığı diqqətdən qaçmır.

Gərginlik daha yüksəldikdən sonra Pezeşkian səhnəyə çıxır və mikrofonu götürüb Azərbaycan türkcəsində danışmağa davam edib.

Bu arada, Pezeşkiana reaksiya verən zaldakı izləyicilərdən biri təhlükəsizlik əməkdaşları ərəfindən çölə çıxarılıb.

TAHİR

Избранный
83
baki-xeber.com

1Источники