Sumqayıtda dərmandan zəhərləndiyi ehtimal olunan kişi xəstəxanada ölüb.
Hadisə Kimyaçılar qəsəbəsində qeydə alınıb.
1988-ci il təvəllüdlü Həsənov Orxan Mayıl oğlunun halı dərman qəbul etdikdən sonra pisləşib.
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
"Report"