RU

Nazir: Neqativ hallara qarşı birgə mübarizə aparmalıyıq

"Azərbaycanda təxminən 4400 məktəb, 1600 bağça fəaliyyət göstərir. Pul yığılması halları kütləvi xarakter daşımır".

TƏHSİL.BİZ xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, orta məktəblərin az bir hissəsində pul yığılması hallarını biz də müşahidə edirik:

"Belə hallarla bağlı araşdırmalar aparılır və müvafiq tədbirlər görülür. Bu məsələdə bizim yanaşmamız ondan ibarətdir ki, bu məsələ həm medianın, həm də ictimaiyyətin diqqətində olmalıdır. Belə hallara qarşı birgə mübarizə aparmalıyıq”.

Избранный
12
tehsil.biz

1Источники