RU

Paşinyandan Putini hiddətləndirəcək sözlər – Rusiyaya yeni təhlükə

Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasında çıxış edərək, mart ayında qəbul edilən “Avropa İttifaqına üzvlük prosesinə başlamaq” haqqında qanunun ölkə üçün böyük əhəmiyyət daşıdığını deyib. Erməni analitiklər isə bu addımın rəsmi İrəvanı gücləndirmədiyini, əksinə zəiflətdiyini, hətta Moskva ilə münasibətlərdə yeni böhran yaradacağını bildirirlər.

Ermənistanın Aİ-yə üzvlük prosesi ilə bağlı qanunu qəbul etməsi Rusiya ilə münasibətlərdə hansı gərginlikləri yarada bilər?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Xəqani Cəfərli deyib ki, Ermənistanın Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü İrəvanın gözləntilərini doğrultmadı:

“Bu strukturlara üzvlük Ermənistanın iqtisadi inkişafına səbəb olmadığı kimi, təhlükəsizliyini də təmin etmək iqtidarında olmadığını nümayiş etdirdi. Rusiyanın Ukraynaya qarşı cinayətkar müharibəsindən sonra Moskva ilə müttəfiqlik Ermənistan üçün təhlükəli məsələyə çevrildiyi üçün İrəvan Avroatlantik strukturlara inteqrasiyanı sürətləndirməyə çalışır. “Avropa İttifaqına üzvlük prosesinə başlamaq” haqqında qanun qəbul edilməsi də bu məqsədə xidmət edir. Bu qanunun qəbulundan sonra Rusiya ilə münasibətlərdə yeni böhran yaranacağı ehtimalı azdır. Çünki Rusiyanın gücü qalmayıb. Ukraynadakı hərbi-siyasi uğursuzluq o qədər fəlakətli miqyas alıb ki, Rusiyanın ikinci bir ölkəyə təhlükə mənbəyi olmaq gücü yoxdur”.

Politoloq qeyd edib ki, Qərblə gərginliyin artması Rusiyanı postsovet ölkələri ilə normal münasibətlər saxlamağa vadar edir:

“Ermənistanın Avropa İttifaqına inteqrasiya siyasətinin prespektivi Rusiya-Ukrayna müharibəsindən, ABŞ-ın və Böyük Britaniyanın Cənubi Qafqazda güclənmək istəklərindən birbaşa asılı olacaq. Əgər Tramp adminstrasiyası 8 avqustda Vaşinqtonda imzalanan sazişlər həyata keçrilməsindən imtina etməsə, Rusiya Cənubi Qafqaz üzərində təsirini tamamilə itirəcək ki, bu da Ermənsitana Moskvanın təzyiq etmə ehtimalın da ortadan qaldıracaq”.

Избранный
34
3
konkret.az

4Источники