Müəllif:Mehin Qasımova,Banco.az
Platinin qiyməti 1600 dolları ötüb.
Banco.az xəbər verir ki, Nyu-York Ticarət Birjasında (NYMEX) 2025-ci ilin oktyabr ayı üçün platin fyuçerslərinin qiyməti ticarət məlumatlarına görə, 2013-cü il aprelin 1-dən bəri ilk dəfə bir troya unsiyası üçün 1600 dollardan yuxarı qalxıb.
Məlumata görə, qiymətli metalın qiyməti 1 troy unsiyası üçün 1637,5 dollar təşkil edib (0,15% artıb).
İlin əvvəlindən qiymətli metalın qiyməti 78,74%, sentyabrın əvvəlindən isə 14,52% artıb.