RU

Sandunun partiyası Moldovada seçkilərdə 48%-ə yaxın səslə öndədir

Prezident Maya Sandunun yaratdığı hakim “Fəaliyyət və Həmrəylik Partiyası” (PAS) parlament seçkilərində lider mövqedədir.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bülletenlərin 95%-i sayıldıqdan sonra partiyanın 47,83% səs topladığı bəlli olub.

İkinci yerdə müxalif “Vətənpərvər blok” 25,75% səslə qərarlaşıb.

Sonrakı yerləri “Alternativ” bloku (8,41%), Renato Usatının “Bizim partiya”sı (6,27%) və “Evdə demokratiya” partiyası (6,28%) tutur.

MSK-nın məlumatına görə, seçici fəallığı 52% təşkil edib.

Xaricdə PAS əksər ölkələrdə üstünlük qazanıb, yalnız Rusiyada – Moskvada iki seçki məntəqəsində seçicilərin 67%-i “Vətənpərvər blok”u dəstəkləyib.

N.Təbrizli

Избранный
12
1
anews.az

10Источники