RU

Bu gün 8 idman növü üzrə yarış olacaq III MDB Oyunları

ain.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda təşkil olunan III MDB Oyunlarında bu gün 8 idman növü üzrə yarışlar olacaq.

QOL.az xəbər verir ki, əvvəlcə Qəbələ İdman Olimpiya Kompleksində stolüstü tennis üzrə fərdi yarışların final mərhələsi  keçiriləcək. Oyunlara saat 10:00-da start veriləcək.

Daha sonra Qəbələ atıcılıq klubunda stend atıcılığı, Gəncə İdman Sarayında üzgüçülük üzrə yarışlar keçiriləcək. Qəbələ şəhər stadionunda futbol üzrə 16 yaşadək yığmalar arasında növbəti oyunlar keçiriləcək. B qrupunda Belarus Özbəkistanla üz-üzə gələcək. A qrupunda isə Qırğızıstan Tacikistanla qarşılaşacaq.

Bu gün, həmçinin 4 növ üzrə yarışlara start veriləcək. Göygöl Olimpiya İdman Kompleksində sambo, Yevlax Olimpiya İdman Kompleksində boks, Mingəçevir Kür Olimpiya Olimpiya Mərkəzində taekvondo yarışları baş tutacaq. Gəncə İdman Sarayında isə voleybol matçları gerçəkləşəcək. Azərbaycanın qadınlardan ibarət millisi Tacikistanla qarşılaşacaq. Matç saat 18:30-da başlayacaq.

Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
11
22
qol.az

10Источники