RU

Bakıda “Türk Dövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə regional aktor kimi” mövzusunda konfrans keçirilir

Bakı. Trend:

Sentyabrın 29-da Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzvdövlətlərin beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə TürkDövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə regional aktorkimi” mövzusunda konfrans keçirilir.

Trend xəbərverir ki, konfransda iştirakçı ölkələrin nümayəndələri çağdaşbeynəlxalq münasibətlər sistemində TDT-nin rolu, qarşılaşdığıstrateji çağırışlar və üzv dövlətlər üçün yaranan yeni əməkdaşlıqimkanlarını müzakirə edəcəklər. Tədbir təşkilatın regional vəqlobal miqyasda mövqeyinin gücləndirilməsi istiqamətindəintellektual fikir mübadiləsi üçün mühüm platforma rolunuoynayacaq.

Konfrans çərçivəsində aşağıdakı mövzularda panel sessiyalartəşkil olunacaq:

  • Siyasi təhlükəsizliyin qeyri-müəyyənliyi dövründə TDT-ninqlobal sülh və sabitliyə töhfələri;
  • İqtisadi qeyri-sabitlik dövründə TDT-nin dünya iqtisadiyyatına,ticarət və nəqliyyat əlaqələrinə töhfələri;
  • Qlobal qeyri-müəyyənlik dövründə TDT-nin mədəniyyət, elm vəparlamentarizm üzrə siyasəti.

Tədbirdə iştirak edəcək beyin mərkəzlərinin nümayəndələriregional əməkdaşlığın möhkəmləndirilməsi, TDT-nin beynəlxalqarenadakı rolunun genişləndirilməsi və yeni təşəbbüslərin irəlisürülməsi imkanlarını müzakirə edəcəklər.

Избранный
32
11
az.trend.az

10Источники