RU

“Türk Dövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə regional aktor kimi” mövzusunda konfrans keçirilir

Sentyabrın 29-da Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə Türk Dövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə regional aktor kimi” mövzusunda konfrans keçirilir. SİA xəbər verir ki, konfransda iştirakçı ölkələrin nümayəndələri çağdaş beynəlxalq münasibətlər sistemində TDT-nin rolu, qarşılaşdığı strateji çağırışlar və üzv dövlətlər üçün yaranan yeni əməkdaşlıq imkanlarını müzakirə edəcəklər. Tədbir təşkilatın regional və qlobal miqyasda mövqeyinin gücləndirilməsi istiqamətində intellektual fikir mübadiləsi üçün mühüm platforma rolunu oynayacaq.

Konfrans çərçivəsində aşağıdakı mövzularda panel sessiyalar təşkil olunacaq:

Siyasi təhlükəsizliyin qeyri-müəyyənliyi dövründə TDT-nin qlobal sülh və sabitliyə töhfələri;

İqtisadi qeyri-sabitlik dövründə TDT-nin dünya iqtisadiyyatına, ticarət və nəqliyyat əlaqələrinə töhfələri;

Qlobal qeyri-müəyyənlik dövründə TDT-nin mədəniyyət, elm və parlamentarizm üzrə siyasəti.

Tədbirdə iştirak edəcək beyin mərkəzlərinin nümayəndələri regional əməkdaşlığın möhkəmləndirilməsi, TDT-nin beynəlxalq arenadakı rolunun genişləndirilməsi və yeni təşəbbüslərin irəli sürülməsi imkanlarını müzakirə edəcəklər.

Избранный
23
11
sia.az

10Источники