RU

Xaricdə təhsil vacibdirmi?

“Xaricdə təhsil cəlbedicidir. Bəlkə də bütün valideynlərin arzusudur. Amma gərək burda yaxşı təhsil alsın uşaq. Mütləq bir xarici dili mükəmməl bilməlidir. Bunun üçün valideyn kifayət qədər xərc çəkməlidir”.

Bunu News365.az -a açıqlamasında tanınmış ziyalı Vaqif Qarayev deyib. O bildirib ki, uşaq xarici Universitetə qəbul olunsa, yüksək təhsil haqqı, kirayə haqqı, gündəlik xərclər və s. tələb olunur:

“Yəni xərc, xərc, yenə də xərc! Hamının cibinə uyğundurmu? Xeyr! Hamı ana dilində oxusun. Belə bir şüarçılıq var. Bəlkə də düz deyirlər. Onda xaricdə təhsildən vaz keçilməlidir. Doğma uni lərdə oxuyacaq uşaq, qəbul olunsa. Bunu da çoxumuz istəmirik.

Bir paradoksal vəziyyət də var. Ana dilində təhsil "fədailərinin" hamısının, yenə deyirəm hamısının, züryəti xaricdə təhsil alır. Hansı pulla? Özləri bilər. Burda, öz dilimizdə niyə oxutmursunuiz ki? Oxusun, sonra da vətənə, xalqa xidmət eləsin də...gedib xaricdə qalmasın. Pafosdan xilas olsaq, təhsilin keyfiyyətini yaxşılaşdırsaq, ali təhsilin modelini hər hansı bir Avropa ölkəsinə uyğunlaşdıra bilsək, valideynlərin mavi yuxusu gerçəkləşə bilər”.

News365.az 

Избранный
14
news365.az

1Источники