RU

220 saylı məktəb-liseydə “Müəllimlər günü” gərginliyi — XƏBƏRDARLIQ

Bakı şəhər Nizami rayonu Elşən Süleymanov 92 ünvanında yerləşən 220 nömrəli məktəb-liseydə valideynlərdən pul toplanması haqda məlumat vermişdik.

Demokrat.az Yenisabah.az-a istinadən xəbər verir ki, məktəbin "Facebook" səhifəsində paylaşım edilərək, bildirilib ki, müəllimlər günü ilə bağlı hər hansı vəsaitin yığılması yolverilməzdir:

"5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi adı altında onlara hər hansı maddi və ya qeyri-maddi nemətlərin, o cümlədən qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və s. bu kimi neqativ halların baş verməsi qəti şəkildə qadağandır. Pozuntulara yol verən şəxslər qanunvericiliyin tələblərinə  əsasən məsuliyyət daşıyacaqlar". 

Valideynlərin sözlərinə görə bu xəbərdarlıq bütün valideyn qruplara göndərilib və məktəbdə xüsusi yoxlamaların olduğu qeyd edilib.

Qeyd edək ki, saytımız bununla bağlı Bakı Şəhər Təhsil İdarəsinə sorğu ünvanlamışdı. İdarədən sorğumuza cavab olaraq bildirilmişdi ki, məslə ilə bağlı araşdırmalar aparılacaq:

Избранный
17
5
demokrat.az

6Источники