RU

Neftçalada sürücülük hüququ olmayan şəxs motosikleti divara çırpdı: Ölən var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Neftçalada motosiklet daş lövhəyə çırpılıb.
Oxu.Az xəbər verir ki, 1979-cu il təvəllüdlü Ərziman Məmmədtağı oğlu Fərəcov sürücülük hüququ olmadan idarə etdiyi "Planet 5" markalı dövlət qeydiyyat nişanı olmayan motosikletlə Neftçala-Salyan avtomobil yolunun Neftçala rayonu, Aşağı Surra kəndindən keçən hissəsində idarəetməni itirərək yolun kənarında olan daş lövhəyə çırpılıb.
Nəticədə sürücü aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Samir Əli
Избранный
10
oxu.az

1Источники