Sumqayıtda 41 yaşlı qadın hamamda yıxılaraq ölüb...
"Report" xəbər verir ki, H.Z.Tağıyev qəsəbəsində yerləşən yataqxanada yaşayan 1984-cü il təvəllədlü Yeganə Əvəz qızı Qasımova ümumi hamam otağında yıxılıb.
Baş nahiyəsindən xəsarət alan Y.Qasımova ölüb.
Faktla bağlı araşdırma aparılır.
Poliqon.info