RU

III MDB Oyunları üzrə bu gün 8 idman növündə yarışlar təşkil olunacaq

ain.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

Bu gün Azərbaycanda təşkil olunan III MDB Oyunlarında 8 idman növü üzrə yarışlar keçiriləcək.

Metbuat.az xəbər verir ki, Qəbələ İdman Olimpiya Kompleksində stolüstü tennis üzrə fərdi yarışların final mərhələsi baş tutacaq.

Qəbələ Atıcılıq Klubunda stend atıcılığı, Gəncə İdman Sarayında isə üzgüçülük üzrə növbəti yarışlar keçiriləcək.

Qəbələ şəhər stadionunda futbol üzrə 16 yaşadək yığmalar arasında növbəti oyunlar gerçəkləşəcək. U-16 futbolda Belarus Özbəkistanla, Qırğızıstan Tacikistanla münasibətlərə aydınlıq gətirəcək.

Yevlax Olimpiya İdman Kompleksində boks, Göygöl Olimpiya İdman Kompleksində sambo, Mingəçevir Kür Olimpiya Mərkəzində taekvondo yarışları keçiriləcək. Gəncə İdman Sarayında isə voleybol görüşləri başlayacaq.

Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
33
32
metbuat.az

10Источники