RU

Zəngəzur dəhlizi türk dövlətlərinə yeni imkanlar yaradacaq

ain.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan və Ermənistan arasında diplomatik müzakirələr və normallaşma prosesi regionumuza yeni əməkdaşlıq imkanları qazandırır. Xüsusilə, Zəngəzur dəhlizinin reallaşma perspektivlərinin artması türk dövlətləri arasında nəqliyyat və enerji sahəsində yeni imkanlara şərait yaradır.Reyting.az xəbər verir ki, bunu “Qlobal qeyri-müəyyənlik dövründə Türk Dövlətləri Təşkilatı regional aktor kimi” mövzusuna həsr olunmuş konfransda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev deyib.Onun sözlərinə görə, bu istiqamətdə türk dövlətlərinin dəstəyi olduqca mühüm və həlledici rol oynayır. Bu dəstək, eyni zamanda, Orta Dəhlizin gücləndirilməsinə, təhlükəsizliyin təmin edilməsinə və xalqlarımız arasında həmrəyliyin dərinləşməsinə xidmət edəcək.(APA) Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
6
reyting.az

7Источники