RU

Baş prokuror: "Heç bir ölkə ətraf mühitlə bağlı problemləri təkbaşına həll edə bilməz"

Baş

"Ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının rolu danılmazdır".

Bunu Baş prokuror Kamran Əliyev Bakı İqlim Fəaliyyəti Həftəsində deyib.

Onun sözlərinə görə, ətraf mühitin çirklənməsi, torpaq deqradasiyası və təbii resursların həddindən artıq istismarı demək olar ki, planetdəki hər bir canlıya mənfi təsir göstərir:

"İqlim dəyişikliyi dövrün ən mühüm fövqəladə çağırışlarından biridir. Ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının rolunu da diqqətdə saxlamalıyıq. Bu, çox vaxt nəzərdən qaçan, lakin olduqca vacib bir yanaşmadır. Hüquq-mühafizə orqanları bu prosesdə mühüm rol oynaya bilər və oynamalıdır".

K.Əliyev bildirib ki, ətraf mühitlə bağlı çağırışların bir çoxu transmilli xarakter daşıyır və heç bir ölkə və ya hüquq-mühafizə orqanı bu problemləri təkbaşına həll edə bilməz:

"Ətraf mühitin təhlükəsizliyinin təmin olunmasında hüquq-mühafizə orqanlarının rolu əvəzolunmazdır. Bu missiya yalnız sərhədləri aşan əməkdaşlıq və birgə səylər vasitəsilə həyata keçirilə bilər. Təklif edirəm ki, birgə səyləri birləşdirək və birgə addımlayaq".
Избранный
16
5
reyting.az

6Источники