RU

Bakıda “INMerge” İnnovasiya Sammiti işinə başlayıb

Bu gün Bakıda “INMerge” İnnovasiya Sammiti işinə başlayıb.

Finss.az xəbər verir ki, sammit “PAŞA Holdinq”in təşkilatçılığı ilə keçirilir və əsas məqsədi texnoloji yeniliklər, startaplar və innovativ həlləri təşviq etmək, eləcə də müxtəlif ölkələri təmsil edən iş adamları və investorların şəbəkələşməsinə dəstək olmaqdır.

Bakı Konqres Mərkəzində keçirilən tədbirə fintex, telekommunikasiya, elektron ticarət kimi sahələrdən olan innovatorlar, investorlar və sahənin nüfuzlu liderləri qatılıb.

Məlumata görə, “INMerge” İnnovasiya Sammiti bu il 30-dan çox ölkədən 1000-dən artıq təsisçi, investor, korporativ lider və siyasətçini bir platformada birləşdirir.

Sammit çərçivəsində iştirakçılar müxtəlif şirkətlər tərəfindən təqdim olunan ən son innovativ xidmət və məhsullarla tanış olacaqlar.

İki gün davam edəcək tədbirdə yüksək səviyyəli çıxışlar, panel müzakirələri, startap müsabiqələri və şəbəkələşmə imkanları təqdim olunacaq. Builki sammitə “IBM”, “Microsoft”, “Netflix”, “Pixar” kimi bir çox qlobal və yerli şirkətlərin rəhbər və nümayəndələri qatılır.

Избранный
24
9
fins.az

10Источники