RU

İran ABŞ və Avropanın BMT qətnamələrinin bərpası ilə bağlı bəyanatını rədd edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, İranın xarici işlər naziri Seyid Abbas Əraqçi digər ölkələrin XİN rəhbərlərinə ünvanladığı məktubunda ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın BMT Təhlükəsizlik Şurasının ləğv olunmuş qətnamələrinin "snapback mexanizmi" ilə bərpası barədə bəyanatını qanunsuz və etibarsız adlandırıb.

Əraqçi bildirib ki, bu addımlar BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin mətninə və ruhuna ziddir, Şuranın nüfuzunu və çoxtərəfli diplomatiyanın etibarını sarsıdır. O xatırladıb ki, 2015-ci ildə qəbul olunan qətnamə ilə İrana qarşı əvvəlki bütün sanksiyalar ləğv edilib və 18 oktyabr 2025-ci ildə mövcud məhdudiyyətlərin tamamilə başa çatması nəzərdə tutulub.

Nazir qeyd edib ki, ABŞ 2018-ci ildə nüvə sazişindən birtərəfli qaydada çıxıb və Avropanın üçlüyü də öhdəliklərini pozub. Buna görə də həmin ölkələrin bu qətnaməyə istinad etmək hüququ yoxdur. O, Avropa dövlətlərinin "əks-mexanizm" təşəbbüsünü də qanunsuz adlandırıb.

Əraqçi vurğulayıb ki, İran heç bir qeyri-qanuni məhdudiyyəti qəbul etməyəcək, hər hansı dövlətin bu addımları tanıması isə beynəlxalq hüququn pozulması deməkdir. Nazir həmçinin bütün hökumətləri sözügedən iddiaları rədd etməyə, daxili qanunvericiliklərində bu addımları əks etdirməməyə və çoxtərəfliliyin müdafiəsinə çağırıb.

O, İranın diplomatiyaya və konstruktiv əməkdaşlığa açıq olduğunu, lakin eyni zamanda öz suveren hüquqlarını və milli maraqlarını qətiyyətlə qoruyacağını bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
9
olaylar.az

1Источники