RU

Qəhvə sevənlər üçün xəbərdarlıq

Dietoloq Suresh: Qəhvə B qrupu vitaminlərinin orqanizmdən çıxmasını sürətləndirir

E-saglam.az xəbər verir ki, Dietoloq Bini Suresh xəbərdarlıq edib ki, qəhvə sevənlərdə vitamin çatışmazlığı riski artır. Bu barədə Infobae nəşri məlumat yayıb.

Mütəxəssis izah edib ki, dəmir ilə zəngin qidalarla birlikdə qəhvə qəbul edildikdə, bu mikroelementin mənimsənilməsi 30–40 faiz azalır. Həmçinin, qəhvə C vitamini, B qrupu vitaminləri, kalsium və maqneziumun orqanizmdən xaric olunmasını sürətləndirir.

Qeyd edək ki, vitamin çatışmazlığından qaçmaq üçün qəhvəni yeməkdən ən azı bir saat əvvəl və ya sonra içmək tövsiyə olunur. Bundan əlavə, gündəlik qəhvə miqdarını maksimum üç fincanla məhdudlaşdırmaq və rasiona bu faydalı maddələrlə zəngin qidalar əlavə etmək lazımdır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
20
e-saglam.az

1Источники