BAKI, 29 sentyabr. TELEQRAF
Azərbaycan Türk Dövlətləri Təşkilatının regional aktora çevrilməsi və inkişafında önəmli rol oynayır.
Teleqraf xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömər Kocaman “Qlobal qeyri-müəyyənlik dövründə Türk Dövlətləri Təşkilatı regional aktyor kimi” mövzusuna həsr olunmuş konfransda deyib.
Onun sözlərinə görə, strateji coğrafi mövqeyinə görə Azərbaycan türk regionu daxilində ticarət, nəqliyyat əlaqələrinin inkişafında çox əhəmiyyətli mövqeyə malikdir və mühüm həlqə kimi çıxış edir:
"Azərbaycan türk dünyasında körpü rolunu oynayır".