RU

Jandos Şaymandarov: Azərbaycan ilə Ermənistan arasında imzalanmış sülh bəyannaməsi Türk dünyasının ortaq qələbəsidir  

Ötən illər ərzində TDT-nin inkişaf yolu göstərdi ki, ölkələrimiz təkcə mədəni və sivilizasiyalararası əməkdaşlıq məsələlərində deyil, həm də beynəlxalq arenada Türk dünyasının roluna və yerinə dair ortaq baxış formalaşdırmaq istiqamətində yaxınlaşıb. Qlobal nizam yeni mərhələyə qədəm qoyur və bu mərhələ üç üst-üstə düşən qeyri-müəyyənlik təbəqəsi ilə xarakterizə olunur. Birincisi, geosiyasi rəqabət intensivləşərək çoxtərəfliliyin prinsiplərini parçalayır. Strateji qarşıdurmalar ticarət, təhlükəsizlik və texnologiya müstəvilərini yenidən formalaşdırır və dünyanı az proqnozlaşdırılabilən bir məkana çevirir. İkincisi, qlobal institutlar ciddi təzyiq altındadır. Üçüncüsü isə bir vaxtlar sabitlik dayağı kimi çıxış edən mexanizmlər yeni reallıqlara uyğunlaşmaqda çətinlik çəkir və əməkdaşlığa ən çox ehtiyac duyulan məqamda idarəetmədə boşluqlar yaranır. Həmçinin hibrid və transmilli təhdidlər – kiberhücumlar, dezinformasiya, iqlim dəyişiklikləri və resurs təhlükəsizliyi problemləri – sürətlə çoxalır. Bu çağırışlar sərhəd tanımır, lakin cəmiyyətlərimizin təhlükəsizliyinə, rifahına və birliyinə birbaşa təsir göstərir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qazaxıstan Respublikası Prezidenti Yanında Strateji Araşdırmalar İnstitutunun direktoru Jandos Şaymandarov Bakıda "Türk Dövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə regional aktor kimi” mövzusunda keçirilən konfransda söyləyib.

O bildirib ki, təşkilat yalnız mədəniyyət və tarixdən güc alan bir birlik deyil, həm də qlobal qeyri-müəyyənliyin ən yüksək həddə çatdığı dövrdə sülh və sabitliyə töhfə verməyə unikal şəkildə hazır olan bir platformadır.

"Azərbaycan ilə Ermənistan arasında ABŞ-da imzalanmış sülh bəyannaməsi tarixi hadisədir. Bu nailiyyət bütövlükdə Türk dünyasının ortaq qələbəsi kimi qiymətləndirilməlidir. O infrastrukturun təkcə iqtisadi deyil, həm də siyasi sabitlik və uzunmüddətli əməkdaşlıq zəmanəti rolunu oynayacağı bir mühit yaradır",- deyə J.Şaymandarov vurğulayıb.

Избранный
23
5
azerbaijan-news.az

6Источники