RU

ABŞ-da kilsəyə hücum nəticəsində öldürülənlərin sayı 4-ə çatıb - YENİLƏNİB

ABŞ-ın Miçiqan ştatındakı kilsədə silahlı hücum nəticəsində ilkin məlumatlara görə, 4 nəfər ölüb, daha 8 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə polisin açıqlamasında bildirilir.

Yerli polis hücumun Qrand Blank şəhər kilsəsində baş verdiyini bildirib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, 40 yaşlı şəxs avtomobillə kilsənin qapısına yaxınlaşıb və atəş açıb.

Hadisədən sonra kilsədə yanğın baş verib.

Hücum edən şəxsin iki polis tərəfindən məhv edildiyi bildirilib.

***

23:10

ABŞ-ın Miçiqan ştatının Qrand Blank şəhərində bir kilsədə atışma olub.

APA xəbər verir ki, “ABC News”un məlumatına görə, hadisə nəticəsində azı altı nəfər yaralanıb və kilsə binası da yandırılıb.

Hüquq-mühafizə orqanları bildiriblər ki, atəş açan şəxs zərərsizləşdirilib və artıq təhlükə yoxdur.

Hadisə yerinə Federal Təhqiqat Bürosunun (FBI) və Alkoqol, Tütün, Atıcı Silahlar və Partlayıcı Maddələr Bürosunun (ATF) əməkdaşları cəlb olunub.

Hadisə yerində araşdırma aparılır.

Избранный
9
1
apa.az

10Источники