RU

Turhan Dilmaç: Türk dövlətləri arasında həmrəylik xüsusi əhəmiyyət kəsb edir  

Türk dünyasında inteqrasiya prosesi heç də “blok” kimi qəbul edilməməli, əksinə, daha çox təsirli bir aktor kimi qiymətləndirilməlidir. Bu baxımdan “regional aktor” ifadəsi daha düzgün seçimdir. Çünki “blok” anlayışı qarşıdurmanı xatırladır və bu, inteqrasiya prosesimizin mahiyyətinə ziddir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Turhan Dilmaç Bakıda "Türk Dövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə regional aktor kimi” mövzusunda keçirilən konfransda söyləyib.

O bildirib ki, belə bir şəraitdə türk dövlətləri arasında həmrəylik xüsusi əhəmiyyət kəsb edir. Biz bu həmrəyliyin real nəticələrini Qarabağ müharibəsi zamanı da gördük.

Избранный
51
1
azerbaijan-news.az

2Источники