RU

İlin ilk yarısında tibbi sığorta ilə icra edilən doğuşların sayı açıqlanıb

Bakı. Trend:

2025-ci ilin ilk yarısında icbari tibbi sığorta hesabına 30 minəyaxın doğuş icra olunub.

Trendxəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə DövlətAgentliyi məlumat yayıb.

Bildirilib ki, hamilə qadınlara göstərilən tibbi xidmətlərinmühüm bir hissəsi icbari tibbi sığorta hesabına qarşılanır. Buxidmətlər həm ana, həm də körpənin sağlamlığını qorumaq, hamiləlikvə doğuş dövründə yarana biləcək fəsadların qarşısını almaq məqsədidaşıyır.

Hamilə qadınların hamiləliyin müxtəlif mərhələlərində müvafiqmüayinələrdən keçməsi icbari tibbi sığorta ilə qarşılanır. Bumüayinələr çərçivəsində arterial təzyiqin ölçülməsi, nəbzinyoxlanılması, qan və sidik analizlərinin aparılması, qan qrupu,şəkər göstəriciləri, həmçinin hepatit B və C, sifilis və insanimmunçatışmazlığı virusu (İİV), skrininq testi (rubella-məxmərək)və digər zəruri müayinələr sığorta hesabına həyata keçirilir.

Hamiləlik dövründə qadın məsləhətxanalarına, Ailə SağlamlıqMərkəzlərinə və ya digər ambulator tibb müəssisələrinə müraciətedən qadınlara USM, doppler müayinəsi, fol turşusunun təyini, dölünürək döyüntülərinin izlənilməsi kimi xidmətlər də göstərilir.

Hamiləliyin 30-cu həftəsindən sonra mübadilə vərəqəsi verilərəkhamilə qadın doğuşun təşkili üçün TƏBİB-in tabeliyindəki müvafiqdövlət tibb müəssisəsinə və ya Səhiyyə Nazirliyinin Elmi-TədqiqatMamalıq və Ginekologiya İnstitutuna yönləndirilir.

Doğuş və klassik qeysəriyyə kəsiyi əməliyyatı icbari tibbisığortanın Xidmətlər Zərfinə daxildir. Klassik qeysəriyyə kəsiyiəməliyyatı tibbi göstəriş əsasında həyata keçirilir.

Stasionar tibbi xidmət zamanı istifadə olunan dərman, tibbisərf, qidalanma, laborator və instrumental müayinələr, diaqnostikavə müalicə tədbirləri icbari tibbi sığorta ilə qarşılanır. Bu ilinilk 6 ayı ərzində icbari tibbi sığorta hesabına ölkə üzrəümumilikdə 14 767 doğuş, 15 167 qeysəriyyə əməliyyatı həyatakeçirilib.

Vaxtından əvvəl doğulmuş körpələrin küvəzdə saxlanılması,doğuşdan sonrakı dövrdə zahı qadınların müşahidəsi,yenidoğulmuşların tibbi nəzarətdə saxlanılması və ana südü iləqidalanmaya dair məsləhətlərin verilməsi də icbari tibbi sığortailə əhatə olunur.

Избранный
22
8
az.trend.az

10Источники