Azərbaycan üzgüçüsü Oktay Hüseynov III MDB Oyunlarında medal qazanıb.

Offsideplus.az xəbər verir ki, idmançı gümüş mükafata yiyələnib.

O, 200 metr məsafəyə "butterfly" üsulu ilə üzmədə uğurlu çıxış edib. 

Rusiyalı Maksim Starovoitov qızıl, özbəkistanlı Javlonbek Qaniyev bürünc medal qazanıb.

Bu kateqoriyada çıxış edən digər üzgüçümüz Fərhad Məmmədli isə finişə beşinci çatıb.