RU

Rusiyada PUA hücumundan sonra ev yanıb, nənə və nəvə ölüb

Sentyabrın 29-na keçən gecə Rusiya hava hücumundan müdafiə qüvvələri Moskva vilayətinin Voskresensk və Kolomna şəhərlərinin ərazilərində dörd pilotsuz uçuş aparatı vurub.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib.

Onun sözlərinə görə, Voskresenskdə fərdi yaşayış evi PUA hücumundan sonra yanıb, Nəticədə 76 yaşlı qadın və onun altı yaşlı nəvəsi həlak olub.

Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin ötən gecə ərzində 84 Ukrayna PUA-sını ələ keçirərək məhv etdiyini açıqlayıb.

Bildirilib ki, ən çox PUA Bryansk və Belqorod vilayətləri üzərində vurulub - müvafiq olaraq 24 və 21.

Избранный
15
3
apa.az

4Источники