Bakı, 29 sentyabr, AZƏRTAC
Azərbaycan üzgüçüsü Oktay Hüseynov Azərbaycanın ev sahibliyi III MDB Oyunlarında gümüş medal qazanıb.
AZƏRTAC xəbər verir ki, idmançı 200 metr məsafəyə “butterfly” (kəpənək) üsulu ilə üzmə yarışında 2:09.55 nəticə ilə ikinci olub.
Bu kateqoriyada çıxış edən digər üzgüçümüz Fərhad Məmmədli isə finişə beşinci çatıb.
Qeyd edək ki, üzgüçülük yarışları Gəncə İdman Sarayında keçirilir.