RU

Rusiya hökuməti vətəndaşların əmanətlərindən vergi almağa başlayıb

Rusiya Maliyyə Nazirliyi 2026-cı ildə vətəndaşların bank əmanətlərindən əldə etdikləri faiz gəlirlərinə tətbiq olunacaq verginin dövlət büdcəsinə rekord həcmdə vəsait gətirəcəyini açıqlayıb. 

Olaylar.az verilən məlumatlara görə, bu mənbədən gələn vəsaitin hal-hazırkı göstəricilərlə müqayisədə təxminən iki dəfə artaraq 600 milyard rubl civarına çatması gözlənilir.

Son iki ildə rusiyalıların banklarda saxladıqları vəsaitlər 10 trilyon rubl artıb, ümumi məbləğ artıq 61 trilyon rubldan yuxarıdır. Bu, əhalinin daha çox pulunu xərcləməkdən daha çox qorumağa üstünlük verdiyini göstərir.

Ekspertlərə görə, vergi yığımı dövlətin artıq böyüyən büdcə kəsirini bağlamağı və sosial öhdəliklərini yerinə yetirməyi hədəflədiyini bildirir. Gəlirli və stabil hesab olunan əmanətlər artıq yalnız vətəndaşlar üçün deyil, büdcə üçün də "yardımçı mənbə" olmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
6
2
olaylar.az

3Источники