RU

Baş Prokuror Kamran Əliyev Səbail rayon sakinlərini qəbul edəcək – FOTO

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığı və tövsiyələrinə uyğun olaraq, vətəndaş məmnunluğunun və hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə Baş prokuror Kamran Əliyev oktyabrın 3-də saat 10:00-da Səbail rayon prokurorluğunun inzibati binasında sakinləri qəbul edəcək.

Doğru.az xəbər verir ki, qəbul zamanı rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar, həmçinin prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı müraciət və şikayətlər nəzərdən keçiriləcək.

Vətəndaşlar qəbulla bağlı Səbail rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin telefon nömrələri – (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48, Bakı şəhər prokurorluğunun – (012) 361-02-44, elektron poçt ünvanı [email protected] və prokurorluğun sosial şəbəkələrdəki səhifələri (Instagram, Facebook, X) vasitəsilə də qəbula yazıla bilərlər.

DOĞRU.AZ

image-img-20250929-wa0012

Избранный
8
20
dogru.az

10Источники