Bakı. Trend:
Bakıda keçirilən COP29 tarixin ən uğurlu COP konfranslarındanolub.
Trend xəbər verirki, bunu Azərbaycanın Xarici İşlər Nazirinin müavini Yalçın RəfiyevBakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən beynəlxalqkonfransda çıxışında deyib.
“Bakı konfransı miqyası ilə seçilirdi - tədbirdə 76 mindən çoxinsan iştirak edirdi, bundan başqa yüksək səviyyədə iştirakçılıqlafərqləndi. COP29, tədbirdə iştirak edən dövlət və hökumətbaşçılarının sayına görə COP konfransları arasında ikinci ən böyükkonfrans kimi tarixə düşüb. O, həmçinin dövlət qurumlarının, özəlsektorun, elmi ictimaiyyətin, vətəndaş cəmiyyətinin və yerlixalqların nümayəndələrini birləşdirən ən inklüziv konfranslardanbiri oldu”,- deyə o bildirib.
Yalçın Rəfiyev Nyu-Yorkda BMT Baş Assambleyasının YüksəkSəviyyəli Həftəsinin keçirildiyini xatırladaraq orada bir çoxliderlərin yeni iqlim planlarını təqdim etdiklərini diqqətəçatdırıb.
“Bu siyasi bəyanatları dinləyərkən iqlim maliyyələşdirməsinitəmin etməsi gözlənilən dövlətlərin – başlıca olaraq inkişaf etmişölkələrin öz öhdəliklərini yerinə yetirəcəklərinə əmin olmalıyıq”,-deyə diplomat bildirib.
O, Bakı COP konfransı irsinin davamlılığının təmin edilməsininvacibliyini qeyd edib.
“Bu, yalnız qəbul olunmuş qərarların icrası deyil, həm də Bakıdaəsası qoyulmuş müsbət təcrübənin qorunması və inkişafetdirilməsidir”, - deyə Yalçın Rəfiev söyləyib.
Xarici işlər nazirinin müavini eyni zamanda növbəti konfransərəfəsində braziliyalı tərəfdaşlarla aparılan əməkdaşlıqdan sözaçıb.
“Biz həmçinin 1,3 trilyon ABŞ dolları məbləğində iqlimmaliyyələşdirilməsi məqsədi ilə “Bakı-Belen” yol xəritəsiningerçəkləşdirilməsi üçün braziliyalı tərəfdaşlarımızla aktivəməkdaşlıq edirik. Bu vəzifə inkişaf etməkdə olan ölkələrintələbatlarının lazımi səviyyədə maliyyələşdirilməsini təmin etməkbaxımından böyük əhəmiyyət kəsb edir”, - deyə nazir müavinibildirib.