RU

Pentaqonda fövqəladə iclas: Trampdan gözlənilən cavab gəldi

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Pentaqon rəhbəri Pit Heqsetin yüzlərlə amerikalı general və admiralla görüşündə əsasən mənəvi vəziyyətə diqqət yetiriləcək”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Reuters” agentliyinə açıqlamasında deyib.

Ağ Ev rəhbəri bu görüşün gecikdiyini vurğulayıb:

“Əvvəllər bütün dünyada xidmət edən amerikalı komandirlərin iştirak etdiyi oxşar tədbirlər yalnız fövqəladə hallarda təşkil edilirdi. Mən görüşdə şəxsən iştirak edəcəm və amerikalı hərbçilərlə səmimi şəkildə danışacam”.

Tramp qeyd edib ki, görüşün məqsədi ABŞ-da hərbi birliyi gücləndirməkdir.

Sentyabrın 25-də “Vaşinqton Post” qəzeti yazıb ki, Pentaqon rəhbəri yüzlərlə general və admiralı sentyabrın 30-da fövqəladə iclasa çağırıb. D.Tramp isə Heqsetin davranışının qeyri-adi olmadığını bildirib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
3
globalinfo.az

1Источники