RU

İsmayıllıda toyda KÜTLƏVİ DAVA: bəyi də bıçaqladılar - YENİLƏNİB

İsmayıllıda baş verən hadisə ilə bağlı bəzi məlumatlar dəqiqləşdirilib.
 
Moderator.az Lent.az-a istinadən xəbər verir ki, Talıstan kənd sakini 23 yaşlı Elşən Babayev toya gedibmiş.
 
Səid adlı həmkəndlisinin toyunda iştirak edib.
 
E.Babayev ilkin ifadəsində bildirib ki, məclisdə atası barəsində xoşagəlməz sözlər danışılıb. Buna görə də məsələni aydınlaşdırmaq istəyib. O, dostu Səidin toyunda bu formada dava salıb, insanları bıçaqlayıb. Onların arasında bəy də var.
 
Onun sərxoş olduğu qeyd edilir.
***
 
İsmayıllıda həmkəndlilərini bıçaqlayan şübhəli şəxs tutulub.
 
Moderator.az xəbər verir ki, sentyabrın 28-də saat 23 radələrində İsmayıllı rayonunun Talıstan kəndi ərazisində şəxsi münasibətlər zəminində insident olub.
 
Hadisə nəticəsində rayon sakinləri; 2005-ci il təvəllüdlü, 2008-ci il təvəllüdlü, 2007-ci il təvəllüdlü və 1976-cı il təvəllüdlü şəxslərə müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirilib.
 
Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli, 2002-ci il təvəllüdlü Elşən Babayev müəyyən edilərək tutulub.
 
Faktla bağlı araşdırmalar aparılır. 
 
Избранный
22
6
moderator.az

7Источники