RU

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri açılır

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC artan sərnişin tələbatını qarşılamaq üçün 4 və 5 oktyabr tarixlərində Bakı–Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.

ADY-dən "İki sahil"ə verilən məlumata görə, eyni zamanda, 29 sentyabrdan etibarən həftəiçi günlərdə Bakı-Ağstafa və Ağstafa-Bakı istiqamətində əlavə reyslərlə, həmçinin hər gün Bakı-Qazax-Bakı marşrutu ilə səfər etmək mümkün olacaq.

“Biletiləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz”, - deyə məlumatda qeyd edilib.

Избранный
5
49
ikisahil.az

10Источники