RU

"Hüquq-mühafizə orqanları bu prosesdə mühüm rol oynamalıdır" - Baş prokuror


Baş prokuror Kamran Əliyev "Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə çıxışı zamanı mühüm fikirlər səsləndirib. O qeyd edib ki, ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının rolu danılmazdır. Onun sözlərinə görə, ətraf mühitin çirklənməsi, torpaq deqradasiyası və təbii resursların həddindən artıq istismarı demək olar ki, planetdəki hər bir canlıya mənfi təsir göstərir. SİTAT: "İqlim dəyişikliyi dövrün ən mühüm fövqəladə çağırışlarından biridir. Ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının rolunu da diqqətdə saxlamalıyıq. Bu, çox vaxt nəzərdən qaçan, lakin olduqca vacib bir yanaşmadır. Hüquq-mühafizə orqanları bu prosesdə mühüm rol oynaya bilər və oynamalıdır".

Mətləb Salahov

Избранный
11
5
baki-xeber.com

6Источники