RU

Politoloq: İran inqilabının mahiyyəti azərbaycanlıların məhv edilməsinə hesablanıb

Səfir Mehdi Sübhani Yerevanda Göy məsciddə Həzrəti İsaya həsr olunmuş kitabın təqdimatını keçirdi. Əslində bu, İran İslam inqilabının mahiyyətinə ən yaxın addımlardan biridir. Səfir bu addımı ilə İranın Azərbaycana düşmənçiliyinin kompleks və iradəli siyasət olduğunu nümayiş etdirdi. İran İslam inqilabı dünyada konkret olaraq hansısa millətin əleyhinə yönəlmiş yeganə inqilabdır. Onun mahiyyəti Azərbaycan xalqına, azərbaycanlılara qarşı mübarizə aparmaqdan ibarət olub. İnqilab baş tutan kimi İranın daxilində azərbaycanlılar tarixi torpaqlarından digər ərazilərə köçürüldü, onların yaşadığı bölgələr isə dörd quberniyaya bölündü.

Bu barədə açıqlamanı XəzərNews.az-a Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu bildirib ki, səfir Mehdi Sübhaninin Göy məsciddə xristian dini ilə bağlı keçirdiyi tədbirdə böyük qəbahət yoxdur:

“Bu, Azərbaycan metodologiyasının mənimsənilməsidir. Azərbaycanın dini lideri heç bir məzhəb, din fərqi qoymadan hər kəslə təmasdadır və fəaliyyət göstərir. Onun görüşlərində daima həm pravoslav, həm katolik xristianlar, həm də yəhudi ravvinləri iştirak edir. Azərbaycan prizmasından baxanda burada qəbahət yoxdur. İslam dininə qarşı belə aşağılayıcı yanaşma İran İslam inqilabının təməlində var. Bu, Quranın təbliğində də özünü göstərir. Azərbaycanda Quranın təbliğində bu vaxta qədər yəhudilər və xristianlarla bağlı ayələr barədə məlumat və izahlar yayılmayıb. Halbuki, Quranda yəhudilər və xristianlarla bağlı ayələrin sayında ciddi fərq yoxdur. İran xristian Ermənistandan ötrü həmişə Azərbaycana hücum etməyə hazırlaşıb. Belə halların bir neçə nümunəsi olub. Dinimizdəki təkəbbür anlayışı isə Azərbaycan dindarlarına publik formada çatdırılmır”.

Politoloqun sözlərinə görə, M.Sübhani İrana qayıtmaya da bilər:

“Çünki səfir yarımçıq şəkildə geri çağırıldı. M.Sübhani İranın Rusiya ilə münasibətlərinin əleyhinə, ABŞ-la münasibətlərin lehinə müsahibə vermiş şəxsdir. İndi isə bu addımı ilə ‘Save Armenia’ təşkilatının ideyasını müdafiə edir. M.Sübhani Ermənistanda olarkən ən çox təmasda olduğu nazirlərdən biri hazırda ABŞ-da səfir kimi fəaliyyət göstərən N.Mkrtçyandır. O, həm də ‘Save Armenia’nın kuratorudur. Bu, İran hakim elitası tərəfindən normal qəbul edilə bilər.

İran İslam inqilabına və İranda İslam dininə münasibət artıq ciddi təlatümlərə səbəb olub. Sepahın ilk komandirlərindən olmuş, hazırda Məsləhət Şurasının sədri olan Möhsün Rzayi son 50 ilin diplomatiyasını dəyişməyi təklif edir. O, İslam inqilabı dövründəki diplomatiyanı yeniləmək, danışıqları daha konkret məzmuna və praktik işə yönəltmək istəyir. Bu, o deməkdir ki, inqilab dövründə diplomatiya ayrı məqsədlərə xidmət edib. Xatırladaq ki, M.Rzayi bu ilin əvvəlində İranın raket və PUA silahlarını satışa çıxarmağı, hətta bağışlamağı təklif etmişdi, təki ölkədə bu silahlar olmasın. İranın tanınmış rəsmi din xadimlərindən biri isə ali rəhbər S.Ə.Xameneini “Allahın hədiyyəsi” adlandırıb. Təəssüf ki, cəmiyyətin bir qismi bunu qəbul etmir. Bütün bunlar ali rəhbərin ətrafından səslənən fikirlərdir. İranın artıq doğru yola qayıtmaq şansı tükənir. Ümid edək ki, İran sakit şəkildə dağılacaq”.

M.Əhmədoğlu əlavə edib ki, 1992-ci ilin fevralında Xocalı soyqırımını törədən erməniləri İran İslamının dəstəkləməsi, onlara 3 milyard dollara yaxın maliyyə yardımı göstərməsi, daha sonra 100 minlik ordu ilə erməniləri müdafiə etməsi və hazırda Ermənistana çoxsaylı hərbi texnika, silah verməsi də İslam inqilabının mahiyyətindən qaynaqlanır:

“Şuşanın işğalında İranın rolu da İslam inqilabının mahiyyətindən irəli gəlirdi. Xüsusi vurğulamaq lazımdır ki, həmin dövrdə İsrail ilə Azərbaycanın əlaqələri nominal xarakter daşıyırdı. İsrailin Azərbaycanla münasibətləri yalnız 1997-ci ildən etibarən məzmun qazanmağa başladı. O vaxt isə İran artıq azərbaycanlıların qırğınını stimullaşdırırdı. Azərbaycanlıların öz torpaqlarından qovulmasında ermənilərə mane olmur, əksinə, yardım edirdi”.

Zəhra
XəzərNews.az


Xəbər 6 dəfə oxunub.
Избранный
22
xezernews.az

1Источники