RU

Sumqayıtda avtobus yandı: Xəsarət alan var? - Yeniləndi-Video-Foto

Sumqayıt şəhərində marşrut avtobus yanır.

News24.az xəbər verir ki, şəhər ərazisində fəaliyyət göstərən 2 saylı müntəzəm marşrut xəttinə aid “İsuzu Citibus” markalı avtobusda güclü yanğın başlayıb.

Hadisə yerində yanğınsöndürmə briqadası cəlb edilib.

Əlavə məlumat veriləcək. (Qafqazinfo)

11:50

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 6-cı  mikrorayon ərazisində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub. 

News24.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub. 

Yanğınsöndürənlərin tərəfindən “İSUZU” markalı avtobusda baş vermiş yanğın yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtobusun yanar hissələri yanıb. 

Xəsarət alan yoxdur.



Избранный
42
7
news24.az

10Источники