RU

Leobank premium Leo Prime Visa kartının alınması prosesini sadələşdirib

Finss.az - “Unibank”ın mobil bankçılıq xidməti olan Leobank VIP Leo Prime kartının əldə edilməsi prosesini sadələşdirib. İndi müştərilər əvvəlcə Leo Black kartını sifariş edib sonra onun səviyyəsini yüksəltmək ehtiyacı olmadan, qeydiyyatdan keçdikdən dərhal sonra premium kart üçün müraciət edə bilərlər.

Necə işləyir?

Leobank tətbiqində qeydiyyatdan keçərkən müştəriyə kart seçimi – Leo Prime və ya Leo Black göstərilir. Prime seçdikdə kartın buraxılış haqqını (50 ₼) rahat şəkildə ödəmək olar:

  • digər bank kartından

  • Apple Pay və ya Google Pay vasitəsilə ödəniş

 

Sonra sadəcə çatdırılma vaxtını və ünvanını göstərmək qalır (pulsuz).

Leo Prime Visa kartı haqqında

Leo Prime Visa Leobank-ın qabaqcıl maliyyə imkanlarını, eksklüziv dizaynı və bir sıra xidmət və imtiyazları özündə birləşdirən premium bank məhsuludur. Xidmətlərə nümunə:

 

  • VIP səyahət xidmətləri, o cümlədən CIP xidməti, Premium Lounge, transferlər, hava limanının biznes salonlarına giriş, sığorta və digər imkanlar.

  • 24/7 konsyerj xidməti.

  • 24/7 VİP dəstək

  • Bankdan bonuslar: premium keşbek, şəxsi vəsait qalığı üzrə faiz, köçürmələrə artan limitlər və tətbiqdə fərdiləşdirilmiş seçimlər.

 

Tariflər

Kartın buraxılışı — 50 ₼

Xidmət haqqı (ikinci aydan etibarən tutulur) —  10 ₼

Ay ərzində kartda, Xəzinədə və ya depotiz hesabında 3000 ₼ və üzəri məbləğ olarsa, xidmət haqqı tutulmur.

Leobank haqqında

Leobank Azərbaycanda ilk yalnız mobil bankçılıq xidmətidir. Artıq 1 milyondan çox insan onun müştərisinə çevrilib və banka getməyi həmişəlik unudub.

Избранный
18
7
fins.az

8Источники