"Barselona" İspaniya çempionatının 7-ci turunda "Real Sosyedad" üzərində geri dönüş qələbəsini təmin edib.
Fanat.Az xəbər verir ki, qarşılaşma 2:1 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.
Robert Levandovskinin qolu Kataloniyaya qələbə qazandırıb. Bu, onun karyerasında 700-cü qolu olub.
O, ən çox “Bayern Münhen”da qol vurub – 344. “Barselona”da 105, Dortmund “Borussiya”sında 103, "Lex Poznan"da 41, "Zniç"də isə 21 dəfə fərqlənib.
Levandovski Polşa millisinin heyətində də 86 qol sevinci yaşayıb.